AZ

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

İstanbulun Beykoz sahillərində qayıq və kanoe toqquşub.

Oxu.Az "TRT News"a istinadən xəbər verir ki, səbəbi hələ müəyyən edilməyən toqquşmadan sonra kanoedəki dörd nəfər suya düşüb.

Hadisə yerinə göndərilən dəniz polisi tez bir zamanda suya düşən insanları tapıb və onları təhlükəsiz şəkildə sahilə çıxarıb. pizza mizza

Xilas edilən insanların vəziyyətinin yaxşı olduğu və xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığı bildirilib.


Telegram kanalımız
Seçilən
12
3
yenisabah.az

4Mənbələr