AZ

Anasının gözündən yayınaraq su kanalına düşdü...VİDEO

İsmayıllıda bədbəxt hadisə baş verib. Bir yaşlı körpə ehtiyatsızlıq nəticəsində həyətdəki su kanalına düşərək ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Diyallı kəndində qeydə alınıb.

Qonşuların dediyinə görə, 1 yaşlı Səma Məmmədova həyətyanı sahədə oynayarkən anasının gözündən yayınıb. Nəticədə su kanalına düşərək boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Körpənin meyiti aidiyyəti üzrə ailəsinə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
9
xezerxeber.az

1Mənbələr