AZ

Alkoqolsuz içkilər bazarı müzakirə olunub

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova arasında ikitərəfli görüş keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, görüşdə alkoqolsuz içkilər bazarının cari vəziyyəti müzakirə olunub, bu sahədəki mövcud tendensiyalar, istehlakçı davranışları və bazarın gələcək artım potensialı barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı ölkədə sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması, istehlakçı hüquqlarının etibarlı müdafiəsi, həmçinin bazar iştirakçılarının məsuliyyətli və şəffaf fəaliyyətinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Həmçinin “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllı rayonunda yeni zavodunun fəaliyyətə başlaması və onun çeşid perspektivindən istehlak bazarına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.

Sonda dövlət-özəl dialoqu çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və müvafiq bazarla bağlı məlumat mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə olunub.

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
6
cebheinfo.az

6Mənbələr