AZ

"Qarabağ"ın oyununa 22500 bilet satıldı - ÇL

Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun oyununa indiyədək 22 500 bilet satılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21.45-də start götürəcək.

Seçilən
21
10
football-plus.az

10Mənbələr