AZ

​Suriya hökuməti Kosovonu tanıdı

Suriya hökuməti Kosovonu rəsmi olaraq tanıdığını açıqlayıb. Metbuat.az xəbər verir ki, Ər-Riyadda Suriya, Səudiyyə Ərəbistanı və Kosovo diplomatları arasında üçtərəfli görüş keçirilib. Suriyanın Xarici İşlər və Qürbətçilər Nazirliyinin məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin gücləndirilməsi, konsulluq fəaliyyətlərinin təşkili və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Açıqlamada Suriyanın qarşılıqlı hörmətə əsaslanan, hər iki xalqın maraqlarına xidmət edən və Balkanların və dünyanın təhlükəsizliyinə töhfə vermək istəyən ikitərəfli münasibətlər qurmağa hazır olduğu vurğulanıb. Kosovo Prezidenti Vjosa Osmani Suriya hökumətinə ölkəsini tanıdığına görə təşəkkür edib.

Seçilən
6
1
metbuat.az

2Mənbələr