Bakı. Trend:
Paris Sülh Forumu çərçivəsində baş tutan “COP29-dan COP30-a:Qlobal İqlim Dialoqunun İrəlilədilməsi və XIII Qlobal Bakı ForumunaHazırlıq” mövzulu görüş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinintəşkilatçılığı ilə təşkil olunub.
Trend xəbər verirki, görüş Serbiyanın sabiq prezidenti Boris Tadiçin moderatorluğu,dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçıları,beynəlxalq təşkilat rəhbərləri, parlament üzvləri və ekspertləriniştirakı ilə baş tutub.
Görüş COP29-un nəticələrindən çıxış edərək, COP30-a hazırlıqprosesi, qlobal iqlim maliyyələşməsi və dayanıqlı inkişafınçağırışlarını müzakirə etmək məqsədini daşıyıb. Görüşdə müzakirəolunan mövzular arasında Xəzər dənizinin hüquqi statusu, enerji vəekoloji əməkdaşlıqla bağlı gündəlik məsələləri əhatə edən “CaspianSea agenda” da yer alıb.
Qeyd edək ki, Mərkəz son illərdə London və Bakı İqlim FəaliyyətiHəftələri, eləcə də Pekin, Daşkənd və Nyu-Yorkda keçirilmiş yüksəksəviyyəli toplantılarda iqlim gündəliyinə töhfə verib. Parisdəkeçirilən bu tədbir də Mərkəzin davamlı təşəbbüslərinin əsashissəsi hesab olunur.
Görüş çərçivəsində 2026-cı ilin mart ayında baş tutacaq XIIIQlobal Bakı Forumuna dair müzakirələr də xüsusi yer alıb, ocümlədən, Forumun təqdimatı baş tutub.
Tədbirdə çıxış edənlər arasında COP29 Prezidenti və AzərbaycanRespublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi MuxtarBabayev, və eləcə də, COP20, COP21, COP22, COP24 və COP30Prezidentləri, Şimali Makedoniya Prezidenti QordanaSilyanovska-Davkova, Latviyanın xarici işlər naziri Baiba Braze,Fransa Senatının vitse-prezidenti Xavier İokavelli, Fransa senatoruNatali Gulet, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Yunanıstanınsabiq Baş naziri Georgios Papandreu və Avropa Mərkəzi Bankınınsabiq Prezidenti Jan-Klod Trişe və digər nüfuzlu liderlər yeralıb.
 
                        