PSJ-nin futbolçusu Lukas Beraldo komandadan ayrılmaq istəyir.
Paralel.az xəbər verir ki , braziliyalı müdafiəçi bu mövsüm az forma şansı qazanmasından narazıdır. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
 
Beraldo yanvar ayında ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib. Braziliya millisinin üzvü DÇ-2026 öncəsi daha çox oynamaq və yaxşı formada olmaq üçün başqa kluba icarəyə verilməsini istəyir. Baş məşqçi Luis Enrike futbolçunun istəyinin əleyhinə deyil.
Qeyd edək ki, PSJ Lukas Beraldonu 2024-cü ilin yanvar ayında ölkəsinin "San Paulo" klubundan 20 milyon avroya transfer edib.
21 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun
Fransa klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
 
                        