AZ

Səhiyyə qurumu Naxçıvan üçün 2,4 milyonluq “ağıllı” USM cihazı alır

“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə ultrasəs müayinə (USM) cihazlarının alınması üçün tender keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “MEDSOL” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 2 milyon 470 min 555 manat 14 qəpik təşkil edir.

Müqaviləyə əsasən, şirkət Naxçıvandakı səhiyyə müəssisələrinə 11 ədəd ultrasəs müayinə aparatı (3 ədəd “USM-1” və 8 ədəd “USM-2” modeli) təchiz edəcək.

Tender sənədlərində göstərilib ki, alınacaq cihazlar tam rəqəmsal sistemlər7 milyonadək prosessor kanalı22 düymlük OLED monitor, həmçinin süni intellektlə işləyən görüntü analizi funksiyalarına malik olacaq.

Avadanlıqlar Tİ-RADS və BI-RADS diaqnostik sistemlərinə uyğun olacaq və qaraciyər fibrozunun qiymətləndirilməsi, süd vəzi və qalxanvari vəzilər üzrə elastoqrafik analiz aparmaq imkanı verəcək.

Bundan başqa, cihazlarda 3D/4D görüntüləməshearwave elastoqrafiyamikrovaskulyar strukturların müayinəsi və fusion (KT və MRT görüntüləri ilə inteqrasiya) texnologiyaları nəzərdə tutulub.

Cihazlar konveks, linear, kardiyoloji, endokavitar və 4D problarla təchiz ediləcək.

Qeyd edək ki, tenderin qalibi olan “MEDSOL” MMC Azərbaycanda tibbi avadanlıq və laborator sistemlərin təchizatı ilə məşğul olan şirkətlərdən biridir.

Seçilən
32
nocomment.az

1Mənbələr