Düşmən Kupyansk və Krasnoarmeyskdə mühasirəyə alınıb. Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O əməliyyat zonasındakı vəziyyətin Rusiyanın xeyrinə inkişaf etdiyini vurğulayıb. Putin, Rusiya ordusunun hazırda bölgədə uzunmüddətli təhlükəsizliyi təmin etdiyini bəyan edib. Onun sözlərinə görə, Rusiya ordusu media nümayəndələrinin mühasirədə olan Ukrayna qoşunlarının olduğu ərazilərə girməsinə qarşı deyil. Putin Moskvanın mühasirədə olan Ukrayna qoşunlarının media nümayəndələrinə qarşı mümkün təxribatlarından narahat olduğunu qeyd edib. O bildirib ki, Rusiya media nümayəndələrinin olduğu müddətcə həmin ərazidə döyüşləri dayandırmağa hazırdır. Rusiya Prezidenti bəyan edib ki, Ukraynanın siyasi rəhbərliyi, Azovstalda olduğu kimi, vətəndaşlarının və hərbçilərinin taleyi ilə bağlı qərar qəbul etməlidir.