AZ

Medvedevdən qiyamət silahı açıqlaması

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev nüvə enerjisi ilə işləyən pilotsuz sualtı aparat “Poseydon”u “qiyamət silahı” adlandırıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə MAX sosial şəbəkəsindəki kanalında yazıb.

Medvedev bildirib ki, “Burevestnik” raketindən fərqli olaraq, “Poseydon” tam mənada “qiyamət günü silahı” hesab edilə bilər.

“Rusiyanın bütün dostlarını bu silahın uğurlu sınağı münasibətilə təbrik edirəm”, – deyə o əlavə edib.

Xatırladaq ki, oktyabrın 28-də Rusiya Prezidenti Vladimir Putin “Poseydon”un sınaqlarının uğurla başa çatdığını açıqlamışdı. Prezident qeyd edib ki, sınaqlar zamanı aparatın nüvə enerjisi qurğusu uğurla işə salınıb və bu, ölkənin müdafiə sahəsində böyük nailiyyət sayılır.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
7
globalinfo.az

8Mənbələr