Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Adil Eyvazov ehtiyatsızlıq nəticəsində mənzilinin eyvanından yıxılıb.
Ağır xəsarətlər alan gənc hadisə yerindəcə dünyasını dəyişib.
 
                        