AZ

Qazax Rayon Mərkəzi Xəstəxanasının təmiri dayandırıldı – SƏBƏB

Qazax Rayon Mərkəzi Xəstəxanası tikili və avadanlıqların cari təmiri üzrə elan etdiyi tenderi ləğv edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin ləğv edilmə səbəbi odur ki, satınalmada iştirak etmək üçün təklifi və təminatı təqdim edən, tələb olunan lisenziyaya malik kifayət qədər təchizatçı olmayıb. Tender çərçivəsində xəstəxananın PVX blokların daxili və xarici qapı boşluqlarına qoyulması, alüminium və gipskarton tavanların quraşdırılması, raster və asma tavanların sökülməsi, polivinilasetatlı suemulsiya ilə rəngləmə və sement-əhəng məhlulu ilə divar və tavanların təmiri işlərinin görülməsi nəzərdə tutulmuşdu. Tenderin ehtimal olunan dəyəri 69 420 manat təşkil edirdi.

Xatırladaq ki, ötən ilin sonlarında Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Mərkəzin direktoru vəzifəsi Afiq Fərruxova həvalə olunub.

Seçilən
22
nocomment.az

1Mənbələr