Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Sumqayıtda 21 yaşlı oğlanın ölümünün təfərrüatları məlum olub.
"Unikal" report-a istinadən məlumat verir ki, 2004-cü il təvəllüdlü Adil Eyvazovun ölümünə səbəb onun hündürlükdən yıxılması olmayıb.
Gənc 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq zamanı qəfil özünü pis hiss edib və dünyasını dəyişib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata əsasən, Adil Eyvazov taekvondo ilə məşğul imiş.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
*** 23:09
Sumqayıtda bədbəxt hadisə baş verib.
"Unikal" oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.
2004-cü il təvəllüdlü Adil Eyvazov mənzilin eyvanından yıxılaraq hadisə yerində ölüb. Onun ehtiyatsızlıq nəticəsində yıxıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        