Telegram-ın rəhbəri Pavel Durov Fransa hakimiyyətinin icazəsi ilə qatıldığı Blockchain Live 2025 konfransında çıxış edib.
Musavat.com xəbər verir ki, Durov çıxışında Avropada keçirdiyi son aylardan danışaraq belə deyib:
“Avropada nə qədər çox vaxt keçirirəmsə, bir o qədər çox Dubayı sevirəm.”
O, həmçinin Telegram-ın yeni layihəsi — “Cocoon” adlı mərkəzləşdirilməmiş şəbəkənin işə salınacağını elan edib.
Layihənin məqsədi blokçeyn texnologiyasına əsaslanan, senzurasız və azad rəqəmsal ekosistem yaratmaqdır. Durov qeyd edib ki, “Cocoon” gələcəkdə Telegram ekosisteminə inteqrasiya olunaraq istifadəçilərə daha çox müstəqillik və təhlükəsizlik təmin edəcək.
Musavat.com
 
                        