Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Fransa Liqa 1-in 10-cu turunda “Nitsa” və “Lill” komandaları üz-üzə gəliblər.
İdman.Biz xəbər verir ki, oyun “Allianz Riviera” stadionunda (Nitsa) baş tutub.
Matç ev sahibi komandanın 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun ilk qolunu Sofian Diop vurub. “Nitsa”nın yarımmüdafiəçisi 29-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. İkinci hissədə meydan sahiblərinin hücumçusü İsak Yansson 88-ci dəqiqədə vurduğu qolla üstünlüyü iki topa çatdırıb.
Fransa çempionatında 10 turdan sonra “Lill”in 17 xalı var və onlar turnir cədvəlində beşinci yerdədirlər. “Nitsa”nın da 17 xalı var və yeddinci yerdədir.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
