AZ

Sumqayıtda gənc oğlan idman zalında vəfat etdi

Sumqayıtda 21 yaşlı gənc idman zalında vəfat edib.

Sherg.az “Sumqayit24.az”a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Adil Emin oğlu Eyvazov 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edərkən qəfil halı pisləşib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası gəncin həyatını xilas edə bilməyib.

Mərhumun taekvondo idman növü ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
13
13
sherg.az

10Mənbələr