Bu gün Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, Yevgeni Kukseviçin komandası 7-ci qrupda "Yunayted Qalati" (Rumıniya) ilə üz-üzə gəlib. "Araz-Naxçıvan" rəqibini 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, "Araz-Naxçıvan" növbəti sabah "Differdanje 03" ilə, noyabrın 1-də isə "Tigers Roermond" ilə üz-üzə gələcək.