14 illik fasilədən sonra Rusiyanın Soçi və Türkiyənin Trabzon şəhərləri arasında bərə xidməti bərpa olunur.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, noyabrın 5-dən etibarən iki şəhər arasında sərnişin-yük bərə xidmətinə başlanılacaq. Marqarita pizza
450 sərnişin və 200-dən çox avtomobil üçün nəzərdə tutulmuş "Seabridge" bərəsi həftədə iki dəfə, bazar ertəsi və cümə axşamı günləri fəaliyyət göstərəcək. Səyahət təxminən 12 saat çəkəcək.
Qeyd edək ki, ilk səfər əvvəlcə oktyabrın 29-a planlaşdırılsa da, 5-6 bal gücündəki fırtına səbəbindən noyabrın 5-nə keçirilib.
Telegram kanalımız
 
                        