Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreşə Atatürk Beynəlxalq Sülh Mükafatı verəcək.
Publika.az xəbər verir ki, o, bunu Cumhuriyyətin 102-ci ili münasibətilə keçirilən tədbirdə çıxışı zamanı açıqlayıb.
Türkiyə lideri bildirib ki, Quterreşə qlobal sülh və sabitliyə verdiyi töhfəyə görə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edəcək.
 
                        