"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmazın yanvar ayında komandadan ayrılma ehtimalı gündəmdədir. Son həftələrdəki dəyişkən çıxışı ilə tənqid olunan oyunçuya həm Ərəb klublarından, həm də İngiltərə Premyer Liqası təmsilçilərindən maraq göstərilir.
Milli.Az xəbər verir ki, "Qalatasaray" rəhbərliyi Barış Alper üçün gələn təklifləri qiymətləndirməyi planlaşdırır. Yay transfer dönəmində Səudiyyə Ərəbistanının NEOM klubuna keçidi son anda baş tutmayan futbolçu üçün qış fasiləsində vəziyyət dəyişə bilər.
İngilis mətbuatının məlumatına görə, Barış Alper Yılmazla təkcə ərəb klubları deyil, bəzi Premyer Liqa komandaları da maraqlanır. Xüsusilə onun Çempionlar Liqasında "Liverpul"a qarşı göstərdiyi oyun İngiltərəli skautların diqqətini çəkib. Yanvar ayında rəsmi transfer təklifinin göndəriləcəyi gözlənilir.
Lalə Qüdrətova
Milli.Az