BAKI, 30 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyaya atom sualtı qayığı inşa etməyə razılıq verib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.
“Mən onlara köhnə və az manevr imkanına malik dizel sualtı qayıqlar əvəzinə atom sualtı qayığı tikməyə icazə verdim,” - Tramp qeyd edib.
Bundan əvvəl Cənubi Koreya prezidenti Li Ce Myon Trampdan Cənubi Koreya sualtı qayıqları üçün nüvə yanacağının tədarükünə yardım etməsini xahiş etmişdi.
.jpg) 
                        