AZ

Sevgisiz qalmaq istəmirəm

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

"Baxışa, sevgiyə, diqqətə öyrəşmişəm. Deyirlər, xanımların sevgiyə ehtiyacı var. Amma yox, hər kəsin sevgiyə ehtiyacı var. Məşhur olmaq asandır, sevilmək çətindir. Özümü şanslı hesab edirəm. Sevilən aktyoram. Sevgisiz qalmaq istəmirəm".

Ölkə.az xəbər verir ki, bu sözləri aktyor Murad İsmayıl "Gün ortası" verilişində deyib. Sənətçi sevgidən danışaraq, sevgisiz qalmaqdan qorxduğunu bildirib.

"Hər günümə şükür edirəm. Özümə sənət baxımından daha yuxarılarda olmağı arzulayıram. Amma nə edək... Biz Azərbaycanda yaşayırıq, film və serial sektoru belədir. Bunu qəbul edib çalışırıq. Həyata bağlı insanam və arzularım həddindən artıq çoxdur".

Qeyd edək ki, Murad aktrisa Ülviyyə Xəlilbəyova ilə ailəli olub. Onlar bir müddət əvvəl ayrıldıqlarını açıqlayıblar. Cütlüyün 2 övladı var. (axsam.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
olke.az

3Mənbələr