AZ

Böyük Britaniya Karib hövzəsinə təcili qasırğa yardımı göndərib

London, 30 oktyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti Karib hövzəsində dağıntılara səbəb olan “Melissa” qasırğasından sonra bölgəyə təcili humanitar yardım ayırıb.

AZƏRTAC xəbər verir ki, hökumət Yamaykaya dəstək məqsədilə 2,5 milyon funt-sterlinq dəyərində maliyyə paketi ayırıb. Bu vəsait sığınacaq dəstləri, su filtrləri və yorğanlar kimi təcili yardım ləvazimatlarının çatdırılmasına, eləcə də xəstəliklərin və yaralanmaların qarşısının alınmasına yönəldiləcək.

Britaniyanın humanitar və texniki ekspertləri bölgəyə göndərilib, həmçinin yardımların koordinasiyası və çatdırılmasında iştirak edəcəklər. Qasırğadan zərər çəkmiş ərazilərə yardımların operativ çatdırılması üçün Britaniya tərəfindən Antiquada artıq ehtiyat yardım ləvazimatları yerləşdirilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
15
2
azertag.az

3Mənbələr