AZ

Gediş haqqını 60 qəpik etdilər, amma xidmət sıfırdı

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avtobuslar gecikir, səbəbləri təkcə sıxlıq deyil

Yol infrastrukturu və işıqforlar ictimai nəqliyyatı ləngidir

İctimai nəqliyyatdan narazılıq bitmir. Sosial şəbəkədə paylaşılan görüntülərdə qadın sərnişinlərdən biri avtobus gec gəldiyindən salonda yaranan basabasdan gileylənir. Və deyir ki, “Gediş haqqını 60 qəpik etdilər, amma xidmət sıfırdı”. Gediş haqqını nəzərə alıb 60 qəpiyə qaldırırlar, heç olmasa abır-həyanı da nəzərə alsınlar. Avtobusda kişi, qadın bilinmir. Hamı bir-birinə yapışıb”. İctimai nəqliyyat sahəsi düzəlmir. Yenə gecikmələr, tıxaclar, basabas, köhnə, motorundan qara tüstünü şəhərə yayan sınıq-salxaq avtobuslar, kobud sürücülər, uzandıqca uzanan intervallar... Avtobus zolaqlarının çəkilməsi, nə də yeni, müasir, eko-avtobusların alınması problemi həll etmir. İctimai nəqliyyatda gediş haqları artırılanda vətəndaşa nə vəd edilirdi, baxaq. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilirdi: “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir. Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə bu günlərdə dövlət başçısı tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalandı ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsini sürətləndirəcək. Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur. 2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq. Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib - 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib”. Məlumatda daha başqa müjdəli xəbərlər də var. Amma onları təkrar etməyə lüzum görmürük. Bu səbəbdən ki, “görülən” bunca işə rəğmən ictimai nəqliyyatdakı nöqsanlar azalmayıbsa, deyilənlərə inam itir. 

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında hər bir problemin konkret səbəbdən qaynaqlandığını dedi: 

- İctimai nəqliyyatda müəyyən sıxlıq varsa, bunun fərdi səbəbləri ola bilər. Yolun bağlanmasından tutmuş, avtobuslararası intervala qədər müxtəlif məsələlər nəzərdən keçirilməlidiir. Yol infrastrukturumu avtobus gecikməsinə mane olur, həmin marşrut üzrə avtobusların hərəkət yolunda tıxaclar müşahidə olunurmu, bəlkə avtobuslar parka daha tez gedir, marşrutdan çıxırlar? Günün pik saatları ilə də bağlı ola bilər problem. Yəni hər bir hadisəyə fərdi yanaşma, dəqiq yoxlamaların aparılması vacibdir. Amma əgər avtobus zolaqları şəbəkəsi varsa, işıqforda avtobusların daha az dayanması üçün “yaşıl dalğa”nın məhz avtobuslara münasibətdə təşkilinə diqqət artırılmalıdır. Bununla avtobusların gecikməsinin qarşısı nisbətən alınar. Elə küçələr var ki, orada işıqforların qırmızı işıqdan yaşıl işığa keçmə müddəti uzundur, bu da ictimai nəqliyyatın hərəkətində gecikmələrə səbəb olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sherg.az

2Mənbələr