AZ

İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinin püşkü atılıb

28 və 29 oktyabr tarixlərində İngiltərə Liqa Kubokunun dördüncü turu keçirilib.

İdman.Biz bildririr ki, oyunlar bitdikdən sonra dörddəbir finalın püşkatması olub.

Püşkatmanın nəticələrinə görə, ¼ final cütlükləri belədir:

“Arsenal” – “Kristal Palas”;
“Kardiff Siti” – “Çelsi”;
“Mançester Siti” – “Brentford”;
“Nyukasl Yunayted” – “Fulhem”.

Bu mərhələdəki oyunlar dekabrın ortalarında keçiriləcək.

Hazırkı İngiltərə Liqa Kubokunun sahibi finalda “Liverpul”u 2-1 hesabı ilə məğlub edən “Nyukasl Yunayted”dir. Yarışın final oyunu 22 mart 2026-cı ildə keçiriləcək.

İdman.Biz

Seçilən
73
1
idman.biz

2Mənbələr