Pusan şəhərində keçirilən görüşdə tərəflər ABŞ-Çin münasibətlərinin sabit inkişafını müzakirə ediblər...
Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında Cənubi Koreyanın Pusan şəhərində keçirilən danışıqlar 1 saat 40 dəqiqə davam edib.
Poliqon xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. Telekanal danışıqların təfərrüatlarını hələ açıqlamayıb.
Görüşün əvvəlində Si Cinpin iki ölkə arasında sabit və ardıcıl tərəqqi istiqamətində münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ABŞ və Çin nümayəndə heyətləri əsas ticarət-iqtisadi ziddiyyətlərin həlli üzrə ilkin konsensus əldə ediblər.
Xatırladaq ki, Tramp görüşdən əvvəl mətbuata açıqlamasında “heç bir şübhəsinin olmadığını, danışıqların uğurlu keçəcəyinə inandığını” demişdi.
Ekspertlər hesab edirlər ki, bu görüş iki ölkə arasında ticarət, texnologiya və təhlükəsizlik sahələrində gərginliyin azaldılması üçün mühüm mərhələ ola bilər. ABŞ və Çin liderlərinin sonuncu birbaşa təması 2019-cu ildə baş tutmuşdu və bu görüş Vaşinqton-Pekin dialoqunun yenidən canlanmasının əlaməti kimi qiymətləndirilir.
Poliqon.info