AZ

Trampla Cinpin arasında görüş başa çatıb YENİLƏNİB

Vaşinqton, 30 oktyabr, AZƏRTAC

Cənubi Koreyanın Busan şəhərində Çinin Sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında 1 saat 40 dəqiqə davam edən danışıqlar başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Telekanal liderlərin görüşünün təfərrüatlarını hələlik təqdim etmir.

Danışıqların əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb. O həmçinin qeyd edib ki, Çin və ABŞ müzakirəçiləri əsas ticarət və iqtisadi fikir ayrılıqlarının həlli ilə bağlı konsensusa nail olublar. Tramp isə öz növbəsində Si Cinpinlə görüşünün çox uğurlu olacağına əminliyini ifadə edib.

06:20

Cənubi Koreyanın Busan şəhərində ABŞ Prezidenti Donald Trampla Çinin Sədri Si Cinpin arasında görüş başlayıb.

AZƏRTAC-ın məlumatına görə, Tramp çinli həmkarına onu görməkdən məmnun olduğunu deyərək görüşün uğurlu olacağına şübhəsinin olmadığını bildirib. “O, çətin danışıqçıdır. Bu, yaxşı deyil, amma biz bir-birimizi yaxşı tanıyırıq. Çox yaxşı əlaqələrimiz var”, - deyə Tramp görüş öncəsi qeyd edib.

Görüşdə iki ölkə arasında ticarət razılaşması və qlobal məsələlərin müzakirəsi gözlənilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
5
1
azertag.az

5Mənbələr