AZ

UEFA məhkəmədə "Real Madrid"ə uduzdu

Ajans.az xəbər verir ki, bu barədə turniri təşkil edən İspaniyanın "Real Madrid" futbol klubunun Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, məhkəmə UEFA-nın Superliqaya münasibətdə Avropa İttifaqının sərbəst rəqabət qaydalarını ciddi şəkildə pozduğunu təsdiqləyib. "Bu qərar "Kral klubu"nun dəymiş ziyana görə kompensasiya tələb etməsi üçün imkanlar yaradır", - deyə "Real"dan verilən açıqlamada bildirilib.

Xatırladaq ki, 19 aprel 2021-ci ildə Avropanın aparıcı klubları öz aralarında Superliqanın yaradıldığını elan ediblər. Sonradan onların demək olar ki, hamısı bu layihəni tərk etsələr də, yalnız "Real Madrid" hələ də Superliqada qalmağa davam edir.

Seçilən
4
1
Ajans.az

2Mənbələr