ain.az, Fanat saytına istinadən bildirir.
"Liverpul" çərşənbə günü İngiltərə Liqa Kuboku çərçivəsində evdə "Kristal Pelas"la matçda ağır məğlubiyyətlə üzləşib (0:3).
Fanat.Az xəbər verir ki, bununla da Arne Slotun komandası keçirdiyi son 7 matçın altıncısını uduzub.
Mersisaydlılar eyni zamanda uğursuz göstəriciyə imza atıblar. "Opta"nın hesablamasına görə, bu, 1934-cü ildən bəri "qırmızılar"ın "Enfild"də keçirilən daxili yarışlarda üç və ya daha çox qolla uduzduğu ilk matç olub.
"Liverpul" növbəti oyununu şənbə günü yenə "Enfild"də, lakin bu dəfə Premyer Liqada "Aston Villa"ya qarşı keçirəcək. Çempionlar 9 turdan sonra 15 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        