AZ

Tramp Si Tsinpinlə görüşü “mükəmməl” adlandırıb

ABŞ prezidenti danışıqlarda bir çox mühüm qərarların qəbul edildiyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə Cənubi Koreyanın Pusan şəhərində keçirilən görüşü “mükəmməl və çox məhsuldar” adlandırıb. O, görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, danışıqlar zamanı bir çox mühüm qərarlar qəbul olunub və bu qərarlar ABŞ-Çin münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər.

Tramp vurğulayıb ki, tərəflər həm iqtisadi məsələlər, həm də təhlükəsizlik və beynəlxalq əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyiş əldə ediblər. Prezidentin sözlərinə görə, hər iki ölkə “qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan konstruktiv dialoqu davam etdirmək” barədə razılığa gəlib.

Müşahidəçilər hesab edirlər ki, Pusan görüşü iki dövlət arasında son illərdə gərginləşmiş münasibətlərin yumşalmasına təkan verə bilər. Ekspertlər bu danışıqları həm ticarət müharibələrinin azaldılması, həm də strateji sabitliyin bərpası istiqamətində əhəmiyyətli diplomatik irəliləyiş kimi qiymətləndirirlər.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr