AZ

“Həmin professoru, it də tanımır!” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

“Televiziya aparıcıları qonaqları təqdim edəndə adam xəcalət çəkir”.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə  yazıçı Xeyrəddin Qoca çıxış edib.

O, bildirib ki, teleaparıcılar təxminən belə bir təqdimatla başlayırlar: “Elmlər doktoru, professor, filan qədər kitab müəllifi, filan qədər dissertantı olan, filan medalların laureatı, gözəl ürəkli… insan filankəs qonağımızdır”.

Bu o deməkdir ki, həmin professoru, üzr istəyirəm, it də tanımır! “Alim” deyin, qurtarsın, getsin!

Bilirsiniz, aparıcılar niyə belə danışırlar? Yəni, tamaşaçılar, dinləyicilər bilsinlər ki, biz efirimizə hər adamı çağırmırıq! Guya bununla televiziyaların “hörmətini” qaldırmaq üçün çalışırlar…”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
konkret.az

3Mənbələr