AZ

ABŞ ÜTT-yə 25 milyon dollarlıq üzvlük borcunu gizli şəkildə ödəyib

ABŞ prezidenti Donald Trampın administrasiyası səkkiz aylıq fasilədən sonra Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük haqları üzrə 25 milyon dollarlıq borcunu gizli şəkildə ödəyib, – Financial Times yazır.

Nəşr ÜTT əməkdaşlarına göndərilən məktubla tanış olub. Məktubda ABŞ-ın artıq “inzibati tədbirlərin təsir dairəsindən çıxdığı” bildirilir.

Ağ Evin nümayəndəsi ödənişi təsdiqləsə də, dəqiq məbləği açıqlamayıb.

Vaşinqton bundan əvvəl beynəlxalq təşkilatların, o cümlədən ÜTT və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirmiş və ödənişləri dondurmuşdu.

ÜTT martda  ABŞ-ı 2024-cü ilin üzvlük haqlarını ödəmədiyinə görə “inzibati tədbirlər” siyahısına daxil etmişdi. Təşkilatın illik hesabatına əsasən, söhbət 25,7 milyon dollardan gedirdi.

N.Təbrizli

Seçilən
5
anews.az

1Mənbələr