AZ

Azərbaycan neftinin qiyməti dünya bazarında bahalaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Azeri Light" markalı xam neftin bir barelinin qiyməti 1,03 ABŞ dolları və ya 1,58 faiz bahalaşaraq 66,24 ABŞ dollarına yüksəlib.

Hərraclarda "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 65,37 ABŞ dolları olub. Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light" neftinin bir bareli isə 1,03 dollar və ya 1,63 faiz artaraq 64,2 ABŞ dolları səviyyəsində müəyyənləşib.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin orta qiyməti 70 ABŞ dolları olaraq nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 ABŞ dolları təşkil edib. Hazırda bu markalı neft əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunur. Layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 faizdir.

Seçilən
14
7
far.az

10Mənbələr