AZ

Azərbaycan və Qazaxıstan arasında ticarət razılaşmaları olacaq

Bakı. Trend:

Bu gün Bakıda Avrasiya Françayzinq Forumu çərçivəsindəAzərbaycan və Qazaxıstan arasında ticarət razılaşmalarının olacağıgözlənilir.

Bunu Trend-əaçıqlamasında Azərbaycan Françayzinq Assosiasiyası İdarə Heyətininsədri Camid Mövsümov deyib.

O əvvəlcə bildirib ki, Avrasiya Françayzinq Forumu 2025-ci ilin28 may tarixində yaradılmış Avrasiya Françayzinq İttifaqının ilktədbiridir: "İttifaq çərçivəsində Azərbaycan, Qazaxıstan,Özbəkistan, Dubay və Rusiyadan olan şirkət və nümayəndələr yeralır.

Forumda Qazaxıstanın ticarət nazirinin müavini, "Gaztrade"şirkətinin icraçı direktoru iştirak edir. Bu şəxslərin iştirakıbirbaşa ticarət razılaşmaları üçün nəzərdə tutulub".

C. Mövsümov vurğulayıb ki, tədbirdən əvvəl Azərbaycan vəQazaxıstan nümayəndələrinin görüşləri təşkil edilib:

"Bu görüşlər çərçivəsində tərəflər müəyyən razılıqlara nailolublar.

Qazaxıstanla Azərbaycan arasında dövlətlərarası razılaşmanındavamı olaraq Qazaxıstan dövlət nümayəndələri bu gün AvrasiyaFrançayzinq Forumunda yer alırlar.

Azərbaycan istehsallı məhsulların Qazaxıstan bazarına daha rahatçıxışı üçün dəstək olunması, eyni zamanda iki ölkə məhsullarınınqarşılıqlı alış-verişin təşviq edilməsi əsas üstünlük verdiyimizməqamlardandır".

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin təqribən500 milyon ABŞ dolları təşkil etdiyini vurğulayan Cavid Mövsümovqeyd edib ki, ölkə liderinin də bildirdiyi kimi, bu rəqəmi 1milyard dollara çatdırılması hədəflənir: "Bu istiqamətdə AvrasiyaFrançayzinq Forumu öz töhfəsini verməyi hədəfləyir. Eyni zamandaDubayın Françayzinq rəhbəri də bu gün foruma qatılıb. Həmçinin bugün Özbəkistan şirkətləri də forumda öz məhsullarını təqdimedirlər.

Sözügedən ölkədən Azərbaycana böyük investisiya axınının olacağıgözlənilir. Eyni zaman da Rusiya bazarı da Azərbaycan üçün hərzaman xüsusi önəm kəsb edir. Hazırda Rusiyanın ən böyük restoranzəncirlərindən biri tədbirdə öz yerini alıb".

Seçilən
43
3
az.trend.az

4Mənbələr