Bakı. Trend:
28 oktyabr 2025-ci il tarixində Azərbaycan FintexAssosiasiyasının (AzFina) Ümumi Yığıncağında, Mərkəzi Bankınnümayəndələrinin iştirakı ilə keçirilən şəffaf və anonim seçkiprosesi nəticəsində Azərbaycanın ilk lisenziyalı elektron pultəşkilatı olan United Payment MMC-nin Baş İcraçı DirektoruEdqar Abdullayev Azərbaycan FintexAssosiasiyasının (AzFina) İdarə Heyətinin Sədri seçildi.
Edqar Abdullayev maliyyə texnologiyaları sahəsində 18 ildən çoxpeşəkar və strateji liderlik təcrübəsinə malikdir. O, 10 iltelekommunikasiya və innovasiya sahəsində, ardınca isə 8 ildənartıq müddətdə bank və fintex sektorunda strateji transformasiyalayihələrinə rəhbərlik edərək, ölkənin rəqəmsal inkişafında mühümrol oynamışdır. Hazırda rəhbərlik etdiyi United Payment MMC,2021-ci ildən təsis edilmiş və ölkədə açıq bankçılıq, elektron pul,ödəniş aqreqasiyası, beynəlxalq rəqəmsal ödənişlər və lisenziyalıfintex xidmətlərinin inkişafında öncül rol oynayır.
Yeni rəhbərlik dövründə AzFina aşağıdakı strateji hədəflərəfokuslanmağı planlaşdırır:
- Fintex şirkətləri ilə requlyatorlar (Mərkəzi Bank və digərnəzarət orqanları) arasında daha şəffaf və səmərəli əməkdaşlıqmühiti qurmaq;
- Assosiasiyanın beynəlxalq nüfuzunu artırmaq və qloballayihələrdə yerli fintex-lərin iştirakını təmin etmək;
- Üzv bazasını genişləndirərək ölkədə rəqəmsal ödənişxidmətlərinin koordinasiyalı inkişafına təkan vermək;
- Kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün sərfəli vəinnovativ fintex həllərini təşviq etmək;
- İstehlakçılar üçün təhlükəsiz, innovativ və regulyatortələblərə uyğun məhsul və xidmətlərin təqdim olunmasına dəstəkvermək.
Bu təyinatla bağlı danışan Edqar Abdullayev bildirib:
“Ölkəmizin maliyyə ekosistemində kifayət qədər vacib roloynayan lisenziyalı Fintex təşkilatlarının etimadını doğrultmaqistiqamətində var gücümüzlə çalışacaq və bütün resurslarımızısəfərbər edəcəyik. Qarşıdakı dövrdə həm yerli bazarda, həm dəbeynəlxalq platformalarda daha çevik, şəffaf, dayanıqlı vəinnovativ fintex ekosistemi qurmaq əsas prioritetimizolacaq.”
Assosiasiyanın üzv təşkilatlarının iştirakı ilə keçirilənsəsvermə nəticəsində İdarə Heyətinin sədri Edqar Abdullayev (UNITEDPAYMENT AZERBAIJAN) ilə yanaşı, sədrin müavini olaraq EynarAbdullayev (GoldenPay OJSC) seçilmişdir.
İdarə Heyətinin üzvlüyünə Zeynal Kərimzadə (Epoint.az), İqbal Rüstəmov(PashaPay) və Rasim Həmmədov (Expresspay) təyin edilmişdir.
Həmçinin Nəzarət-təftiş komissiyasının üzvləri isə MehribanƏlizadə (PulPal – onlayn ödəniş sistemi), Valeriya Qəniyeva (MaxSystems LLC) və Murad Mirzə (akart.az) olmuşdur.
Qeyd edək ki, Azərbaycan Fintex Assosiasiyası hazırda ölkədəMərkəzi Bankla birgə açıq bankçılıq platformasının genişlənməsi,rəqəsmal ödəniş alətlərinin inkişaf etdirilməsi ilə ödənişxidmətlərinin rəqəmsallaşması, maliyyə inklyuzivliyinin artırılmasıvə elektron pul tənzimləmələri çərçivəsində aparıcı sektorplatformasına çevrilməkdədir.
 
                        