ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kəlbəcər şəhəri, Yeni Yaşayış massivində yerləşən dördmərtəbəli binanın ikinci mərtəbəsində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Kəlbəcər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Xüsusi vasitələrdən istifadə edərək mənzilə daxil olan yanğınsöndürən-xilasedicilər mənzildə köməksiz qalmış 2023-cü il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.
Kəlbəcərdə köməksiz qalan azyaşlının xilasedilmə GÖRÜNTÜLƏRİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.