“Arsenal” klubu İngiltərə Liqa Kubokunun dördüncü raundunda öz meydanında “Brayton end Houv Albion”u 2:0 hesabı ilə məğlub edərək İngiltərə futbolu tarixində rekorda imza atıb.
Publika.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.
“Topçular” İngiltərənin ali divizionun iştirakçısı olaraq tarixdə bir ay ərzində 6 oyunun hamısında top buraxmadan - “quru” qələbə qazanan ilk komanda olub.
Qeyd edək ki, “topçular” daha əvvəl Premyer Liqada “Kristal Palas”ı (1:0), “Fulhem”i (1:0), “Vest Hem”i (2:0) məğlub edib, Çempionlar Liqasında isə “Atletiko”ya (4:0) və “Olimpiakos”a (2:0) qalib gəliblər. Komanda Liqa Kubokunda da “Brayton”u (2:0) məğlub edib.
 
                        