ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
14 yaşadək yeniyetmə cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Yarış 1-2 noyabrda Sumqayıt Olimpiya İdman Kompleksində təşkil ediləcək.
Turnirin təşkilində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Yarışda Abşeron, Xızı və Sumqayıtı təmsil edən 176 cüdoçu mübarizə aparacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.