ABŞ Silahlı Qüvvələri Sakit Okeanın şərq hissəsində narkotik ticarətçilərinə məxsus olan gəmini vurublar.
Hafta.az xəbər verir ki, bu barədə Pentaqon katibi Pit Heqset özünün "X" hesabında məlumat verib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə hərbçilər daha bir gəmiyə dağıdıcı kinetik zərbə endiriblər.
Heqset əlavə edib ki, ABŞ kəşfiyyatının əlində gəminin narkotik qaçaqmalçılığı ilə əlaqəsi barədə məlumat olub və göyərtədəki dörd narkoterrorçu məhv edilib.
Oktyabrın 28-də Pentaqon rəhbəri bəyan edib ki, ABŞ ordusu Sakit Okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən dörd qayığı məhv etdiyini açıqlayıb.
Oktyabrın 19-da Tramp narkotik daşıdığı güman edilən "nəhəng sualtı qayığ"ın məhv edildiyini bildirib. O zaman bu, son bir neçə ayda ABŞ hərbçiləri tərəfindən hücuma məruz qalan altıncı gəmi olub.
