AZ

Avropanın Ukrayna ilə bağlı sülh planı: 12 bəndlik sənədin təfərrüatları açıqlandı

Ukrayna üzrə Avropanın sülh planı 12 bənddən ibarət olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Strana” nəşri yazıb.

Sənəddə digər məqamların ətrafında formalaşan əsas bəndlər “atəşkəs” və “danışıqlar”dır.

Beləliklə, planın müəllifləri atəşkəsin, şərtlər razılaşdırdıqdan 24 saat sonra başlayacağını gözləyirlər. Bundan sonra hazırkı cəbhə xətti dondurulacaq və vəziyyətə nəzarəti ABŞ öz üzərinə götürəcək . Eyni zamanda, Zaporojye Atom Elektrik Stansiyası “üçüncü tərəfə” veriləcək və sonradan Ukraynaya qaytarılacaq.

Bunun ardınca Moskva və Kiyev "hücum etməmək paktı", həmçinin Rusiya Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərin Rusiyanın idarə edilməsinə dair razılaşmalarla yekun təmas xəttini razılaşdırmalıdırlar. Bu torpaqların idarə olunması ilə bağlı danışıqlara daha sonra baxılacaq.

Seçilən
26
publika.az

1Mənbələr