Azpost saytından alınan məlumata görə, ain.az bildirir.
Maksim taksinin yükdaşıma xidməti ilə bağlı sosial şəbəkədə daha bir narazılıq paylaşılıb. AzPost xəbər verir ki, istifadəçi Lalə Quliyeva şirkətin “fəhlə xidməti”ndə ciddi məsuliyyətsizlik və qarışıqlıq yaşandığını bildirib.
Quliyevanın sözlərinə görə, onlar vannanın daşınması üçün həm sürücü, həm də əlavə fəhlə sifariş ediblər. Xidmətin qiyməti isə saata və fəhlə sayına görə hesablanır. Sifariş təsdiqləndikdən az sonra sürücü yola düşüb, lakin fəhlə “sürücünün yanında fəhlə varmı?” sualına cavab almadıqdan sonra sifarişi özbaşına ləğv edib.
“Fəhləyə dedik ki, sürücü tək gəlir, yanında fəhlə yoxdur. Cavabı bu oldu: ‘Mənə sərf eləmədi, ona görə sifarişi ləğv elədim’. Amma nə yeni fəhlə göndərildi, nə də şirkətdən kimsə məsuliyyət götürdü,” – deyə o yazıb.
Nəticədə, sürücü artıq ünvana çatanda, müştəri məcbur qalıb sifarişi tamamilə ləğv edib. Quliyeva bildirib ki, sürücü məsuliyyətli davranıb və vaxtında gəlib, lakin şirkətin sistemində “sürücü ilə iş aparılıb” mesajı gəlib: “Eşşəkliyi edən fəhlə idi, amma cəzanı sürücü aldı. Şirkətə şikayət etməyin də bir mənası qalmadı”.
AzPost.az
Paylaş
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        