Azərbaycanlılar Rusiyada toy karvanına atəş açdı- FOTO
                    
                        Ajans.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Yoşkar-Olada baş verib.  Bildirilir ki, şübhəlilər odlu silahdan istifadə edərək toy karvanını atəşə tutublar. Məlumata görə, insidenti törədən şəxslər Azərbaycan vətəndaşlarıdır. "Polis hazırda hadisənin təfərrüatlarını araşdırır. Hadisəni törədən şəxslər isə saxlanılıblar", - KİV yazıb.  Faktla bağlı araşdırma aparılır.  
                        
                    
                    
                
                
                
             
         
        
     
 
 
 
         
        
        
        
        
