AZ

Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində son matçına çıxacaq

Bu gün Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol yığması Avropa çempionatının seçmə mərhələsinin B Liqasının I qrupunda son oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, B Liqasının I qrupunda yer alan Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.

Qarşılaşma Kişineuda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.

İdman.Biz

Seçilən
4
3
idman.biz

6Mənbələr