AZ

Ağstafada avtomobil qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb

Ağstafa 30 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafa rayonunda 4 nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və yolun kənarındakı dirəyə çırpılıb.

Qəza zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
azertag.az

1Mənbələr