AZ

Hava nə vaxt düzələcək?

Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir

Milli Hidrometeorologiya Xidmətindən Gundem.az-a verilən məlumata görə, oktyabrın 30-u saat 9:00-a olan faktiki hava şəraiti dəyişkən olub. Hazırda ölkənin bir çox bölgəsində küləkli və yağıntılı hava hökm sürür, bəzi yerlərdə leysan xarakterli intensiv yağışlar müşahidə olunur.

Yüksək dağlıq ərazilərdə qar yağır. Qrızda qarın hündürlüyü 10 sm, Şahdağ və Xınalıqda 8 sm, Laza və Kəlbəcərdə isə 3 sm təşkil edir.

Düşən yağıntının miqdarı Qusarda 20 mm, Qubada və Ağstafada 19 mm, Yevlaxda 7 mm, Şəki, Qax, Qəbələ, Xızı və Daşkəsəndə 6 mm olub. Yağış Bakıda, Abşeron yarımadasında və bir çox digər bölgələrdə də qeydə alınıb.

Hazırda əksər ərazilərdə şimal-qərb küləyi üstünlük təşkil edir. Küləyin maksimal sürəti Bakıda və Abşeronda 28 m/s, Mingəçevirdə 28 m/s, Goranboyda 27 m/s, Naftalanda 24 m/s, Tərtərdə 23 m/s-ə qədər güclənib.

Sumqayıt, Quba, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad və Biləsuvarda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək azalıb.

Hidrometeorologiya Xidməti xəbərdarlıq edir ki, yağıntılı və küləkli hava şəraiti axşamadək davam edəcək, oktyabrın 31-də isə hava əsasən sabit və yağmursuz keçəcək.

Seçilən
10
4
gundem.az

10Mənbələr