BAKI, 30 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Cinpinlə görüş zamanı Ukrayna məsələsini də müzakirə edib.
Teleqraf xəbər verir ki, Donald Tramp bu barədə görüşdən sonra jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, tərəflər mövcud vəziyyətlə bağlı müəyyən addımlar atmaq barədə razılığa gəliblər:
"Biz nəyisə birlikdə etməyə çalışacağıq. Hər iki tərəf döyüşlərin içindədir. Si Cinpin bizə Ukrayna məsələsində kömək edəcək, amma əslində bizim edəcəyimiz çox şey yoxdur".
 
                        