AZ

Nikol Paşinyan Türkiyə barədə: Zaman məsələsidir

Ermənistan ilə Türkiyə arasında sərhədin açılması və diplomatik münasibətlərin qurulması artıq zaman məsələsidir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün 8-ci Paris Sülh Forumu çərçivəsində müzakirələr zamanı bildirib.

Nikol Paşinyan qeyd edib ki, hazırda prosesin qarşısını alan ciddi maneələr yoxdur:

"Yaxın gələcəkdə Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və normal qonşulara çevriləcək. Düşünürəm ki, bu baş verəcək, amma bunun nə qədər tez baş verəcəyi başqa sual və başqa məsələdir. Düşünürəm ki, tam diplomatik münasibətlər, açıq sərhədlər, iqtisadi-siyasi əməkdaşlıq və normal qonşu olacağımız nöqtəyə çatırıq".
Seçilən
25
sherg.az

1Mənbələr