AZ

“Mənə haqsızlıq etdilər, susdum, məni ağlatdılar...” - Şəfiqə Nağıyeva

Vəkil Şəfiqə Nağıyeva qarşılaşdığı haqsızlıqlardan, yaşadığı çətinliklərdən və bu proseslərdə göstərdiyi səbirdən söz açıb.

Day.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

"Mənə haqsızlıq etdilər, susdum, məni ağlatdılar, səbr etdim, aydınlığımı qaranlığa çevirdilər, yenə də səbr etdim. Heç kəslə danışmaq istəməyəndə özüm-özümlə danışdım. Sevirəm özüm-özümlə danışmağı, bilirəm ki, sonda hər şeyin hesabını soruşan Rəbbim var. O, mükafatımı verəcək, verdi də. Ən böyük hədiyyəm xalqımın sevgisi, ən böyük dövlətim oğlumdur. O qanadlarımdır, nəfəsimdir, illərimdir... O, həyatımın davamıdır. Rəbbimin mənə verdiyi ən böyük mükafatdır. Oğlum sevincimdir və mənəm".   pi

Seçilən
6
1
day.az

2Mənbələr