AZ

Zaur Əliyev: İcbari tibbi sığorta ilə 80 milyondan çox xidmət göstərilib

BAKI, 30 oktyabr. TELEQRAF

"Azərbaycanda son illərdə səhiyyə sahəsində mühüm inkişaflar müşahidə olunur".

Teleqraf xəbər verir ki, bunu İTSDA-nın idarə heyətinin sədri Zaur Əliyev 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex"in rəsmi açılış mərasimində deyib.

O bildirib ki, bu inkişafın əsasını isə icbari tibbi sığortanın tətbiqi təşkil edir.

"Artıq 5 milyondan çox vətəndaş icbari tibbi sığorta sisteminə müraciət edib və 80 milyondan çox tibbi xidmət göstərilib. Hazırda yalnız bir neçə sahə icbari tibbi sığorta çərçivəsinə daxil edilməyib. Yaxın illərdə onların da bu sistemə daxil edilməsi planlaşdırılır", - o əlavə edib.

Z. Əliyev qeyd edib ki, 200 -dən çox tibb müəssisə ilə əməkdaşlıq edilir, yeni başlayanda bu say 20-lərdə olub.

Seçilən
6
3
teleqraf.com

5Mənbələr