Bakı. Trend:
Artıq Bakıda və Abşeron ərazisində yerləşən 17 tibbmüəssisəsində 33 növbə terminalı və 99 monitor, regionlarda isə 28tibb müəssisəsində 51 növbə terminalı və 133 monitorquraşdırılıb.
Trend xəbərverir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov Azərbaycan BeynəlxalqTibb İnnovasiyaları Sərgisi – “Medinex 2025”in açılış mərasimində deyib.
O bildirib ki, il sonuna qədər bu sistemin ölkə üzrə əksər tibbmüəssisələrində istifadəyə verilməsi planlaşdırılır.
"Bundan başqa, son 5 il ərzində 95 tibb müəssisəsindəLaboratoriya İdarəetmə Sistemi tətbiq edilib, bu müddət ərzindəcəmi 110 milyon laborator xidmət, o cümlədən 90 milyon ambulator və20 milyon stasionar xidmət qeydə alınıb.
Vətəndaşlar artıq şəxsi kabinet və “e-TABIB” mobil tətbiqivasitəsilə laborator nəticələrini onlayn əldə edə bilirlər"- deyə ovurğulayıb.
O əlavə edib ki, bu rəqəmsal həllər sayəsində TƏBİB-in idarəetməsistemi real vaxt rejimində məlumat mübadiləsini təmin edir,qərarların qəbulunda dəqiqliyi artırır və səhiyyə sistemində şəffafidarəetməni möhkəmləndirir.
 
                        